“Qərb ölkələri Ukrayna ətrafında gərginliklə bağlı bəyanatlarla çaxnaşma yaratmamalıdır”.
Modern.az xəbər verri ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Türk" kanalına müsahibəsində deyib.
O qeyd edib ki, Rusiyanın Ukraynaya müdaxilə cəhdi düzgün olmaz.
"Əgər belə bir vəziyyət olmayacaqsa, Qərb ölkələri Ukrayna ilə bağlı çaxnaşma yaradan bəyanatlarında diqqətli olmalıdırlar", - deyə Çavuşoğlu bildirib.