Modern.az

Türkiyənin 6 müxalif lideri bir araya gəldi

Türkiyənin 6 müxalif lideri bir araya gəldi

Dünya

12 Fevral 2022, 21:21

Türkiyənin 6 müxalifət partiyasının lideri ilk dəfə bu gün bir araya gəliblər.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, görüş CHP lideri Kamal Kılıçdaroğlunun dəvəti ilə baş tutub.

 

Görüşdə İYİ Partiya sədri Meral Akşener, Səadət Partiyasının sədri Temel Karamollaoğlu, Demokrat Partiyasının sədri Gültekin Uysal, DEVA Partiyasının sədri Əli Babacan və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu iştirak edib.

 

Görüş zamanı seçkilərlə bağlı əməkdaşlıq imkanlarının öyrənilməsi, prezidentliyə namizədin necə təyin olunacağı kimi məsələlərin müzakirəsi həyata keçirilib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal