Modern.az

Gürcüstanda ağır qəza - 18 yaralı var

Gürcüstanda ağır qəza - 18 yaralı var

Dünya

12 Fevral 2022, 22:51

Gürcüstanın qərbində, beynəlxalq dərəcəli avtomagistralın Xaşuri-Surami hissəsində qəza baş verib. Nəticədə 18 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

 

Modern.az xəbər verir ki, yaralılardan üçünün vəziyyəti ağırdır.

 

Bildirilir ki, Zuqduqidən Tbilisiyə gələn avtobus idarəetməni itirərək yolun kənarındakı çökəkliyə düşüb. Hadisə yerinə təcili-tibbi yardım maşınları gəlib, polis səfərbər olunub.

 

Yaralılar Tbilisi və ətraf rayonlardakı xəstəxanalara aparılıb. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal