Modern.az

Aİ-nin Ukraynadakı nümayəndəliyi bağlanmayacaq

Aİ-nin Ukraynadakı nümayəndəliyi bağlanmayacaq

Dünya

12 Fevral 2022, 23:10

Avropa İttifaqının (Aİ) Ukraynadakı diplomatik nümayəndəlikləri bağlanmayacaq.

 

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

 

O bildirib ki, Aİ ölkələri Ukraynaya qarşı mövcud təhlükələri nəzərə alaraq öz hərəkətlərini əlaqələndirirlər: "Bizim diplomatik nümayəndəliklərimiz bağlanmayıb".

 

Borrel qeyd edib ki, heyətin mövcudluğu və Aİ vətəndaşları üçün səyahət məsələləri lazım olduqda tənzimlənir.

 

"Biz Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimizi bir daha təsdiqləyirik. Xatırladırıq ki, Ukraynaya qarşı hər hansı növbəti hərbi təcavüz böyük nəticələrə səbəb olacaq", - deyə Borrel əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal