Klublararası dünya çempionatı başa çatıb.
Modern.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan yarışın final matçında Avropa və Cənubi Amerikanın ən yaxşıları üz-üzə gəlib.
Britaniyanın “Çelsi” komandası ilə Braziliyanın “Palmeyras” klubu qarşılaşıb. Matçın taleyi əlavə vaxtda həll olunub.
Əsas 90 dəqiqədəki hər iki qol ikinci hissəyə təsadüf edib. 58-ci dəqiqədə Romelu Lukaku hesabı açsa da, 6 dəqiqə sonra Rafael Veyqa penaltidən bərabərlik qoluna imza atıb – 1:1.
Dünya çempionu əlavə vaxtda müəyyənləşib. 117-ci dəqiqədə Kay Haverts penaltini dəqiq yerinə yetirərək London klubuna çempionluq gətirib.