Modern.az

Norveç bütün COVID qadağalarını ləğv etdi

Norveç bütün COVID qadağalarını ləğv etdi

Dünya

12 Fevral 2022, 23:51

Norveçin Baş naziri İonas Qar Stor koronavirusun artıq ciddi təhlükə olmadığını və bütün qadağaların ləğv edildiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə "BNO News" agentliyi məlumat yayıb.

 

Mətbuat konfransında Stor maska və sosial məsafə qaydalarının ləğv ediləcəyini qeyd edib. O vurğulayıb ki, bu, epidemiyanın tamamilə bitdiyi anlamına gəlmir, simptomları olan insanlar müayinədən keçməlidir.

 

"Ancaq bu gün bir-birimizə yaxınlaşmaqdan qorxmadan çölə çıxıb birlikdə ola bilərik. Bu, yaxşı hissdir və həftə sonu üçün yaxşı bir başlanğıcdır", - ölkənin Baş naziri deyib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal