Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltz arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
Tərəflər Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.
Almaniya və Fransa lideleri Normandiya formatında müzakirələrin növbəti mərhələləri və Avropada kollektiv təhlükəsizlik şərtlərinin müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiıləsi aparıblar.
Xatırladaq ki, Makron bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb.