Modern.az

Ərəblər də Ukraynanı tərk edir

Ərəblər də Ukraynanı tərk edir

Dünya

13 Fevral 2022, 08:32

Ərəb ölkələri öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Kiyevdəki səfirliyi bəyanat yayıb.

 

Bəyanatda krallığın vətəndaşlarına diplomatik nümayəndəliyə gəlmələri və tez bir zamanda Ukraynanı tərk etmələri, həmçinin bu ölkəyə səfəri təxirə salmaları tövsiyə olunub.

 

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və Qətərin Ukraynadakı səfirlikləri də öz vətəndaşlarına Ukraynanı tərk etməklə bağlı müraciət ediblər. Bu müraciətlər Ağ evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın Rusiyanın hər an Ukraynaya hücum edəcəyi ilə bağlı bəyanatından sonra edilib. Rəsmi Moskva bunu Qərbin növbəti təxribatı adlandırıb və belə niyyətinin olmadığını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal