Çində kommunistlər müharibəni qazandıqdan sonra hakimiyyətə Çin Xalq Respublikasının lideri olmuş Mao Zedun gəldi və ömrünün sonuna qədər ölkəni idarə etdi. Onun hakimiyyəti dövründə Çin dünyaya qapalı bir ölkə kimi idarə olunurdu. Böyük qıtlıq dövrü və xalqın səfalət içində keçirdiyi illər Maonun ölümündən sonra çinlilər üçün çətin mərhələ sayılırdı. 1978-ci ildə başlayan yeni siyasi mühit fonunda dəyişiklik siqnalları verilməyə başlandı. Pekin rəhbərliyi qapılarını xarici ölkələrə açaraq qlobal iqtisadiyyata inteqrasiya etməyə çalışırdı.
Modern.az xəbər verir ki, sürətlə böyüyən Çinin ümumi daxili məhsulu (ÜDM) 1978-ci ildəki 149,5 milyard dollardan 1990-cı ildə 360,8 milyard dollara, 2000-ci ildə isə 1,2 trilyon dollara yüksəldi. İqtisadiyyatdakı ulduzu 21-ci əsrdə daha da parlayan Çin 16 trilyon dollarlıq ÜDM ilə dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilməyi bacardı.
2019-cu ildə öz ərazisində ortaya çıxan COVID-19 pandemiyası ilə iqtisadiyyatı ilk dəfə böyük zərər görən Çin sənayeni sürətli bərpa mərhələsi ilə yenidən aktivləşdirdi və 2020-ci ildə artan iqtisadiyyatı ilə digər ölkələrdən fərqləndi. Həmin il xarici investor axınında ilk dəfə ABŞ-ı keçən Çin 709 milyard dollarlıq ticarət həcmi ilə Avropa Birliyinin ən böyük ticarət tərəfdaşı oldu.
Çin ən böyük olma yolundadır...
2013-cü ildə Çin dövlət başçısı Xi Jinping tərəfindən elan edilən “Bir kəmər, bir yol” layihəsi Pekin üçün “Əsrin Layihəsi” olaraq qiymətləndirilir və 140-dan çox ölkənin bu layihəyə daxil edilməsi hədəflənir.
Qeyd edək ki, sözügedən nəhəng layihəyə Azərbaycan da daxildir. Layihə Çinin böyüyən iqtisadiyyatının konteynerindən çıxmasına, investisiyalarının daha çox Asiya qitəsindən Yaxın Şərq və Afrikaya yönəlməsinə səbəb olacaq.
Çinin ən çox investisiya yatırdığı ölkələr
ABŞ: 193,3 milyard dollar
Kanada: 57,9 milyard dollar
Meksika: 4,2 milyard dollar
Cənubi Amerika ölkələri
Braziliya: 73,8 milyard dollar
Peru: 28,4 milyard dollar
Argentina: 23,2 milyard dollar
Avropa ölkələri
Böyük Britaniya: 100,8 milyard dollar
İsveçrə: 61,2 milyard dollar
Almaniya: 51,4 milyard dollar
Şərqi Asiya ölkələri
İndoneziya: 60,1 milyard dollar
Sinqapur: 51,8 milyard dollar
Malayziya: 44,1 milyard dollar
Qərbi Asiya ölkələri
Pakistan: 65,6 milyard dollar
Rusiya: 58,4 milyard dollar
Qazaxıstan: 35,3 milyard dollar
Rəsmi statistikadan da göründüyü kimi, Çinin ən çox investisiya yatırdığı üç ölkə ABŞ, Avstraliya və Böyük Britaniyadır. Qloballaşan dünyada ölkələr azad bazar iqtisadiyyatı ilə ticarəti artırmağı hədəfləsələr də, Çin birgə fəaliyyətin nəticəsindən bəhrələnməyi üstün tutur.
Qeyd edək ki, araşdırmalara əsasən, 2030-cu ilə qədər dünyanın ən böyük iqtisadiyyat ölkəsi Çin olacaq. Hazırda Pekinin bütün hədəfləri buna hesablanıb.