Modern.az

Bakıda polisləri bıçaqlayan şəxs zərərsizləşdirilib - RƏSMİ

Bakıda polisləri bıçaqlayan şəxs zərərsizləşdirilib - RƏSMİ

Hadisə

13 Fevral 2022, 13:36

Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən Aydın Babayevin paytaxtın Səbail rayonu ərazisində gizləndiyi məlum olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a bildirilib ki, dərhal əraziyə polis əməkdaşları cəlb edilib.

 

Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri nəticəsində hücum edən şəxs zərəsizləşdirilib.

 

Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb.

 

Qeyd edək ki, Aydın Babayev Çevik Polis Alayının iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?