Modern.az

Vətəndaşlığını dəyişən məşhurlar - FOTOLAR+SİYAHI

Vətəndaşlığını dəyişən məşhurlar - FOTOLAR+SİYAHI

14 Yanvar 2013, 08:10

Modern.az saytı vətəndaşlığını dəyişən məşhurların siyahısını təqdim edir. Yüksək vergi, siyasi baxış və digər səbəblərdən  vətəndaşlığını dəyişmiş aktyor və müğənnilər, siyasətçilər, iş adamları və idmançılardan ibarət siyahı aşağıdakı kimidir.

 

 

Fransız aktyor Jerard  Depardyenin Fransa hökumətinin vergi siyasətindən cana doyaraq vətəndaşlığını dəyişərək Rusiyaya köçməsi son günlər mediada geniş işıqlandırılmaqla rezonans doğurub. Halbuki, bu addım dünya təcrübəsində nə ilk, nə də sonuncu hal deyil. Demokratiyanın verdiyi imkanlardan yararlanan Qərbdə bu tendensiya həmişə olub. 

 

Yüksək vergilərdən qaçmaq üçün Amerika vətəndaşlığından çıxan məşhurlar arasında ilk ağla gələn şəxslərdən biri, Amerikada Vətəndaş Haqları rakatının lideri və Qana vətəndaşlığına kən Vilyam Edvard Burhard Du Boisdir.

 

"Hollivud"un ən gözəl qadın aktrisalrından biri kimi qəbul edilən Elizabet Teylorun 1965-ci ildə ABŞ vətəndaşlığından çıxaraq İngiltərə vətəndaşlığına kdiyi barədə məlumat var.

 

Facebook Sosial Şəbəkəsinin qurucularından olan Eduardo Saverin də ABŞ vətəndaşlığından çıxıb. Facebook sayəsində milyarlarla dollar qazanan və "Forbes" jurnalının "2012-ci ilin milyaderləri" siyahısında 634-cü yerdə olan Saverin sərmayə gəliri vergisi almayan Sinqapur vətəndaşlığına keçib

 

Məşhur alimi Earl Tupper 1958-ci ildə vergilərdən qaçmaq üçün şirkətini satıb, boşandıqdan sonra vətəndaşlıqdan çıxıb və Kosta-Rika sahillərində aldığı adada yaşamağa davam edib.

 

Məşhur aktyor Jet Li də 2009-cu ildə ABŞ vətəndaşlığından ayrılıb, ailəsilə birlik Sinqapura köçüb.

 

"Kral və n" filminin Rusiyada doğulan unudulmaz aktyoru Yul Brinner vergilər səbəbindən 1965-ci ildə Amerika  vətəndaşlığından çıxmaq rarı verib, İsveçrə vətəndaşı olaraq ömrünün sonuna qədər orada yaşayıb.

 

Andreas Papandreu 1964-cü ildə Yunanıstandakı seçkilərə qatılmaq üçün ABŞ vətandaşlığından çıxıb və Yunanıstanın baş naziri seçilib.

 

Məşhur rejissor John Huston kommunizm ilə bağlılığı olan Amerika vətəndaşlarını araşdırmaq məqsədilə qurulan Təmsilçilər Məclisi komitəsini protesto etmək üçün 1964-də Amerika vətəndaşlığından çıxıb və İrlandiya vətəndaşlığına keçib.

 

1951-də Vaşinqtonda doğulan Lisa Halaby 1978-də İordaniya kralı Hüseynlə evlənmək üçün Amerika vətəndaşlığından çıxıb  və Nur adını alarak kraliça olub.

 

1923-də Nyu-Yorkda doğulan əfsanəvi opera sənəisi Maria Callas Yunanıstan vətəndaşlığını ala bilmək üçün 1966-cı ildə  Amerika vətəndaşlığından imtina etib.

 

II Dünya Müharibəsi dövründə Almanyanın yəhudilərə qarşı soyqırımından qaçan Albert Eynşteyn 1933-də Almaniya vətəndaşlığından çıxıb və 1935-ci ildə ABŞ vətəndaşlığına kib.

 

Amerika vətəndaşlığına kən Avstraliya əsilli kino ulduzu Errol Flynn.

 

1989-cu ildə Runiyadan imtina edən məşhur gimnast Nadiya Komaneci ABŞ vətəndaşlığına keçib

 

Tennisin əfsanəvi simalarından olan İvan Lendl ABŞ vətəndaşı ola bilmək üçün Çexiya vətəndaşlığından imtina edib.

 

Elçin AĞAYEV


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI