Modern.az

Bayden Zelenski ilə bir saat danışdı - YENİLƏNİB

Bayden Zelenski ilə bir saat danışdı - YENİLƏNİB

Dünya

13 Fevral 2022, 21:50

ABŞ Prezidenti Co Baydenlə Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

Məlumata görə, telefon danışığı 1 saata yaxın davam edib. Lakin söhbətin detalları hələlik açıqlanmayıb.

 

***

19:11

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumat yayıb.

 

O, telefon danışığının yaxın saatlarda baş tutacağını deyib. Tərəflər Ukrayna ətrafında yaranan vəziyyəti və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal