Avstriya digər ölkələrin tələbi ilə “Şimal axını 2” layihəsində iştirakdan imtina etməyəcək.
Modern.az xəbər verir ki, bunu Avstriyanın rəqəmsallaşma və iqtisadiyyat naziri Marqarete Şrambok deyib.
Nazir bildirib ki, Rusiyanın Ukraynaya müdaxiləsi olmasa, kəmər işə salınmalıdır.
“Mən bilirəm ki, Avstriyanın “Şimal axını 2”dən tamamilə imtina etməsini istəyən ölkələr var”, - deyə Şrambek ORF2 telekanalının efirində bildirib
Akif İsmayılov