Modern.az

Vəndam bazarında yanğın - YENİLƏNİB

Vəndam bazarında yanğın - YENİLƏNİB

Hadisə

13 Fevral 2022, 20:31

Qəbələnin Vəndam kəndində bazarda başlayan yanğının qarşısı alınıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində qısa müddətdə alovun qarşısı alınıb. Yanğın söndürülüb.

 

***

Qəbələ rayonunda güclü yanğın başlayıb.

 

Modern.az xəbər verir ki, yanğın Vəndam kəndində yerləşən bazarda qeydə alınıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

 

Hazırda yanğınsöndürmə tədbirləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?