Modern.az

ABŞ sanksiya üçün rus elitasının siyahısını hazırlayır

ABŞ sanksiya üçün rus elitasının siyahısını hazırlayır

Dünya

13 Fevral 2022, 20:18

Rusiya iqtisadi elitasının nümayəndələri Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə ABŞ və müttəfiqlərinin hazırladıqları sanksiyaların altına düşəcək. 

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

 

“Biz sanksiyaya məruz qalacaq Rusiya iqtisadi elitalarının siyahılarını tərtib edirik... Bu, prezident Putinin ətrafındakı insanlara təsir edəcək”, – deyə Sullivan qeyd edib.

 

Sullivan, həmçinin bildirib ki, Rusiya istənilən gün Ukraynaya müdaxilə edə bilər. 

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal