ABŞ işğaldan əvvəl Rusiyaya qarşı önləyici sanksiyalar tətbiq etməyəcək.
Modern.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi bildirib.
O deyib ki, kəşfiyyat məlumatlarına görə, Rusiya hər gün işğala başlaya bilər.
“Amma əgər siz kimisə hələ etmədiyi bir işə görə cəzalandırırsınızsa, o, bunu edə bilər. Ona görə də biz hesab edirik ki, onlar ehtiyatda saxlanılmalıdır. Putinə onun üzləşə biləcəyi iqtisadi nəticələrin ciddiliyini çox aydın şəkildə bildirdik”, - dey Pentaqonun sözçüsü qeyd edib.
Akif İsmayılov