Modern.az

Qadın özünü bıçaqladı - Vəziyyəti ağırdır

Qadın özünü bıçaqladı - Vəziyyəti ağırdır

Hadisə

13 Fevral 2022, 22:14

Tovuzda qadın özünə bıçaqla xəsarət yetirib, vəziyyəti ağırdır.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mamed Zeynalov küçəsində qeydə alınıb.

 

Belə ki, 1978-ci il təvəllüdlü Elnarə Balayeva qarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Qadın əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

 

Məlumata görə qadın özü özünə bıçaqla xəsarət yetirib. Onun özünə xəsarət yetirməsinin səbəbləri məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu