Modern.az

ABŞ hərbçiləri Ukraynada döyüşməyəcək

ABŞ hərbçiləri Ukraynada döyüşməyəcək

Dünya

13 Fevral 2022, 22:30

"Rusiya Ukraynaya hücum edərsə, ABŞ hərbçiləri bu ölkədə döyüşməyəcək".

 

Modern.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Con Kirbi deyib.

 

“Prezident Co Bayden aydın şəkildə bildirib ki, Amerika hərbi qulluqçuları Ukraynada vuruşmayacaqlar”, - deyə C.Kirbi bildirib.

 

Onun sözlərinə görə, ABŞ qoşunları Amerika vətəndaşlarının Ukraynadan təxliyəsində də istifadə olunmayacaq:

 

“Bu, vəziyyəti “yeni səviyyəyə” gətirib çıxara bilər. Amerikalılar ölkəni hərbçilərin köməyi olmadan sərbəst tərk edə bilərlər. Bunun üçün infrastruktur, nəqliyyat və Ukraynadan gedən yollar var”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal