Modern.az

BMT əməkdaşlarının oğurlanmasını təsdiqlədi

BMT əməkdaşlarının oğurlanmasını təsdiqlədi

Dünya

14 Fevral 2022, 00:00

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Yəməndə beynəlxalq təşkilatın beş əməkdaşının oğurlanması ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə "Interfax" agentliyi məlumat yayıb.

 

“Bizim bu işdən xəbərimiz var, amma məlum səbəblərə görə şərh vermək fikrində deyilik”, - deyə o bildirib.

 

Bundan əvvəl media Yəmən rəsmilərinə istinadən xəbər vermişdi ki, əl-Qaidə terrorçuları ilə əlaqədə şübhəli bilinən şəxslər Yəmənin cənubunda BMT-nin 5 əməkdaşını oğurlayıb. Onlar cümə günü axşam Abyan əyalətindən naməlum istiqamətə aparılıblar. Qaçırılanlar arasında dörd yəmənli və bir əcnəbi var.

 

BMT-nin Yəməndəki humanitar koordinatorunun nümayəndəsi Rassel Gikki bildirib ki, BMT əməkdaşların azad edilməsi üçün səlahiyyətlilərlə sıx əlaqə saxlayır.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama