Modern.az

Blinken Ukraynanın XİN başçısı ilə danışdı

Blinken Ukraynanın XİN başçısı ilə danışdı

Dünya

14 Fevral 2022, 18:51

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın XİN başçısı tviterdə yazıb.

 

“Biz Ukraynanı qorumaq üçün səyləri aktiv şəkildə koordinasiya etməyə davam edirik. Ukraynaya makromaliyyə yardımı göstərmək qərarına görə ABŞ-a minnətdarıq. ATƏT Xüsusi Monitorinq Missiyasının fəaliyyətini də müzakirə etdik. Ukrayna onun tam fəaliyyət göstərməsində maraqlıdır”, - deyə D.Kuleba qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama