Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood 2022” beynəlxalq ərzaq sərgisi öz işinə başlayıb.
Modern.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Sərgidə nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın 15 şirkətinin meyvə şirələri, təbii mineral sular, çay, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və sair “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir.
Beş gün davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.