Modern.az

Almaniyada iki qatar toqquşdu - 40 yaralı var

Almaniyada iki qatar toqquşdu - 40 yaralı var

Dünya

14 Fevral 2022, 23:55

Almaniyanın Bavariya federal əyalətində iki sərnişin qatarı toqquşub. 

 

Modern.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

 

Hadisə nəticədə 40-a yaxın sərnişin yaralanıb, bir nəfər isə ölüb .

 

Hadisə axşam saatlarında Münhen yaxınlığındakı Şeftlarn kommunasında baş verib. Qəza vaqonun relsdən çıxmasına səbəb olub. Hadisənin baş verdiyi ərazidə nəqliyyatın hərəkəti dayandırılıb, polis və xilasedicilər qəza yerinə cəlb olunub.

 

Yaralılardan bəzilərinin vəziyyətinin ağır yaralı olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama