Modern.az

Ramiz Mehdiyevin köməkçisini "Bandotdel" saxlayıb - DİN

Ramiz Mehdiyevin köməkçisini

Hadisə

15 Fevral 2022, 11:57

Eldar Əmirov dünən Daxili İşlər Nazirliyinə daxil olmuş bir məlumatın araşdırılması məqsədilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

 

DİN rəsmisinin sözlərinə görə, hazırda müvafiq araşdırmalar aparılır.

 

Qeyd edək ki, Eldar Əmirov R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlarda köməkçisi işləyib.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?