Modern.az

İsa Qəmbərin "kölgə kabineti" siyahısı yoxdur - Müsavatdan AÇIQLAMA

İsa Qəmbərin "kölgə kabineti" siyahısı yoxdur - Müsavatdan AÇIQLAMA

13 Yanvar 2013, 02:32

“Mən Müsavat Partiyasinin bir rəsmisi kimi bəyan edirəm ki, nə Müsavat Partiyasının, nə də onun prezidentliyə namizədi İsa Qəmbərin “kölgə kabineti” siyahisi var”. Modern.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı məlumat verib. İsa Qəmbərin “kölgə kabineti” siyahısı hazırlaması haqda yayılan xəbərləri təkzib edən Müsavat rəsmisi bildirib ki, bəzi insanlar bu məsələni gündəmə gətirib özlərini təbliğ etmək, İsa Qəmbəri gözdən salmaq istəyirlər.

“Bu məsələni gündəmə gətirib özlərini təbliğ etmək istəyən insanlara başqa yollar axtarmağı məsləhət götürürəm. İsa Qəmbərin heç bir “kölgə kabineti” siyahisi yoxdur”.

Qeyd edək ki, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, İctimai Palatanın üzvü Ərəstun Oruclu Facebook səhifəsində bildirib ki, Müsavat başqanının “kölgə kabineti” siyahısında onun adının qarşısında prezidentin təhlükəsizlik üzrə müşaviri vəzifəsi yazılıb.

“Müsavat başqanı İsa Qəmbər prezident seçilərsə, bu siyahıda mənim üçün prezidentin təhlükəsizlik üzrə müşaviri vəzifəsini nəzərdə tutub. Etimada görə İsa bəyə səmimi minnətdarlığımı bildirirəm və ona ürəkdən uğurlar arzulayıram! İsa bəy buna layiqli insandır. Amma bu başdan şərtim də var: İsa bəy prezident seçilsə, mən özüm üçün ana müxalifətin lideri vəzifəsini istəyəcəyəm. Çox xoşuma gəlir mənim bu vəzifə!!!”-deyə Ə.Oruclu qeyd edib.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi