Modern.az

20 Yanvar günü qatarlarda gediş-gəliş pulsuz olacaq

20 Yanvar günü qatarlarda gediş-gəliş pulsuz olacaq

Təhsil

13 Yanvar 2013, 13:42

“Qatarlarda gediş-gəliş pulsuz olacaq. 20 Yanvar faciəsi zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar ediləcək”. Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. O bildirib ki, 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC-də tədbirlər planı hazırlanıb. QSC sözçüsünün dediyinə görə, tədbirlər planına əsasən, Bakıda şəhərətrafı zonada 20 yanvar günü saat 06:00-dan 23:00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəlişin pulsuz təşkili həyata keçiriləcək.

Yanvarın 20-də saat 12:00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər.

Bundan başqa, Nadir Əzməmmədov onu da bildirib ki, QSC-nin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar ediləcək, “Azərbaycan Dəmir Yolları”nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi