Erməni mətbuatında yayılan guya Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində atəş açması nəticəsində qanunsuz erməni silahlı dəstə üzvünün ağır yaralanması barədə məlumat yalandır.
Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, erməni tərəfi qanunsuz birləşmənin üzvləri arasında baş verən cinayətləri ört-basdır etmək üçün növbəti təxribata əl atıb.