Modern.az

Avropalı generallar Ukraynanı müzakirə etdilər

Avropalı generallar Ukraynanı müzakirə etdilər

Dünya

15 Fevral 2022, 22:42

Britaniya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Toni Radakin Danimarka, İslandiya, Latviya, Litva, Niderland, Norveç, Finlandiya, İsveç və Estoniyadan olan həmkarları ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Tərəflər Rusiya-Ukrayna sərhədindəki vəziyyəti müzakirə ediblər.

 

Qeyd edək ki, müzakirə aparılan dövlətlər Birgə Ekspedisiya Qüvvələrinə daxildir. 2014-cü ildə yaradılan Böyük Britaniyanın rəhbərlik etdiyi qruplar birgə hərbi təlimlər keçirirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama