Modern.az

Xəzər Universiteti əvvəlki deyil-Hamlet İsaxanlı danışdı

Xəzər Universiteti əvvəlki deyil-Hamlet İsaxanlı danışdı

14 Yanvar 2013, 10:03

Xəzər Universiteti yarandığı ilk günlərdə savadlı məzunlar yetişdirsə də,  son zamanlar bu üstünlüyünü qoruyub saxlaya bilməyib. Hətta bəzi ziyalılar təsdiqləyir ki, cəmiyyətə kifayət qədər savadlı kadrlar bəxş edən Xəzər Universiteti artıq bu reytinqini itirib.

Universitetin yaradıcısı, sabiq rektoru, hazırda ali təhsil ocağının professoru Hamlet İsaxanlı Modern.az-a açıqlamasında bildirib ki, əksinə, universitet bu gün daha bilikli kadrlar, məzunlar yetişdirir: “Bu dəqiqə ya Amerika, ya İngiltərəyə getsəniz, “Xəzər”in o qədər məzunlarını görə bilərsiniz. Onlar indi dünyanın  müxtəlif universitetlərində öz təhsillərini davam etdirirlər. İndi imkanlar qat-qat çoxdur. Üstəlik, biz hər il təxminən xaricə 100 tələbə göndərə bilirik. Sizin müşahidə səhv görüntüdür, əksinə, indiki imkan əvvəlkindən dəfələrlə çoxdur, indiki məzunlar əvvəlki məzunlardan daha fəaldır. Bizim indiki məzunlar ən çox xarici şirkətlərdə və xarici ölkələrdə işləyirlər. Məsələn, mən Çinə, Yaponiyaya, gedəndə görürəm ki, orada kifayət qədər tələbəmiz var. Avropanın hər yerində, Koreyada, Dubayda, Amerikada da kifayət qədər məzunlarımız var. Dubayda böyük iş başında duran məzunlarımız var. İndi onlar xarici dil bilirlər, hər yerə getmə imkanları var”

Hamlet İsaxanlı qeyd edib ki, bir problem olsa, onu birinci universitet sezə bilər: “Bizim əvvəlki kimi kadrlar yetişdirə bilməməyimizi birinci özümüz hiss edə bilərik. Və müzakirə edərik ki, bu, niyə belədir. Biz bu dəqiqə məzunlarımızı işə götürərdik, amma çoxu burada deyil. Onlar çox böyük şirkətlərdə çox böyük vəzifələr tuturlar, əksəriyyəti xaricdədir. Ən çox ekologiya və menecment, mühəndislik fakültələrinin tələbələri populyar iş tapırlar. Beynəlxalq münasibətlər və digər fakültələr də uyğun sahələrdə iş tapırlar”.

Nihadə Eyyubova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi