Modern.az

Millət vəkili İsa Qəmbəri həm dəstəkləyir, həm dəstəkləmir...

Millət vəkili İsa Qəmbəri həm dəstəkləyir, həm dəstəkləmir...

Təhsil

14 Yanvar 2013, 10:13

“İsa Qəmbərə qarşı Lənkəranda baş verən hadisə həqiqətən qınanmalı bir hadisədir. Bu o deməkdir ki, bölgələrdə sabitliklə bağlı problem var”. Modern.az-ın məlumatına görə, bu fikirləri Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib. Müsavat başqanı İsa Qəmbər və eləcə də digər müsavatçılara qarşı yanvarın 13-də Lənkəranda edilən hücumun utancverici hadisə olduğunu bildirən deputat həmin şəxslərin  cəzalandırılmasının vacib olduğunu deyib:

“Müsavat Başqanı İsa Qəmbərə qarşı Lənkəranda baş verən hadisə həqiqətən qınanmalı bir hadisədir. Bu o deməkdir ki, bölgələrdə sabitliklə bağlı problem var və bir partiya sədri ölkə ərazisinə rahat səyahət edə bilməz. Bunu dövlətimiz adına utancverici hadisə hesab edirəm. Bu hadisədə iştirak edən şəxslərin tapılıb cəzalandırılması vacibdir”.

Fazil Mustafa Müsavat başqanı İsa Qəmbərin vahid namizədliyini dəstəkləmədiyini də bildirib. Deputat sadəcə onun 2013-cü il prezident seçkisini boykot etməməyini müsbət dəyərləndirib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi