Müəllimlərin işə qəbulu zamanı vakansiya seçimi mərhələsində ilk olaraq şəhid ailəsi üzvlərinə üstünlük veriləcək.
Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bu gün keçirilən onlayn brifinqdə bildirib:
"Ucqar kənd yerlərində çalışan müəllimlər üçün bu ildən etibarən həmin ərazilərdə 3 ildən çox müddətdə fasiləsiz işləyən müəllimlərin nəticələrində ballar 1.5 əmsalına, 5 ildən çox işləyən müəllimlərin topladıqları nəticələr isə 1,1 əmsalına vurularaq hesablanacaq".