Modern.az

Nazirliklər video-çarxların efir haqqını ödəməkdə maraqlı deyil - “Buna pul çatdırmaq olar?!”

Nazirliklər video-çarxların efir haqqını ödəməkdə maraqlı deyil - “Buna pul çatdırmaq olar?!”

Təhsil

14 Yanvar 2013, 11:25

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli dövlət qurumları tərəfindən sosial reklamların özəl televiziyalarda yayımlanması üçün müəyyən vəsait ödəməsi təklifi ilə çıxış etmişdi. O bildirmişdi ki, özəl kanallar sosial reklamları yayımlağa maraqlı deyillər, çünki pullu reklamın vaxtından gedir. N.Məhərrmlinin sözlərinə görə, cəmiyyət üçün əhəmiyyətli olan reklamların yayımlanması üçün nazirliklər ya birbaşa televiziyalara pul ödəsinlər və ya MTRŞ-a versinlər: “Bizim orqan tərəfindən həm sosial reklamın keyfiyyəti, həm də onlara nəzarət aparılsın”.

  Modern.az hazırda yerli telekanallarda sosial reklamları yayımlanan nazirliklərdən məsələ ilə bağlı münasibət öyrənməyə çalışıb.  

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov
bildirib ki, hansı qərar qəbul edilirsə-edilsin, fərqi yoxdur, əsas onların gördükləri iş təbliğ olunsun.
“Verilən təklifə normal yanaşırıq. Ümumiyyətlə, hansı formada bu reallaşsa tərəfdarıyıq. Əsas odur ki, nazirliyin gördüyü iş təbliğ olunsun”.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova
bildirib ki, onların hazırladığı reklamlar bir müddət bəzi telekanallarda gedir, sonra yığışdırılır.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin qorunması mövzusunda (şəhərin zibillənməsi, səhralaşma, atmosfer havası, nərəkimilərin qorunması mövzularında sosial reklam çarxları, o cümlədən meşələrin yanğından mühafizəsi, otlaqlardan qeyri-səmərəli istifadə, bitkilərin kortəbii yığımı, qanunsuz ov mövzularına dair animasiya filmləri) 8 sosial reklam çarxı və animasiya filmləri çəkib. Bu çarxlar bəzi televiziya kanallarında bir neçə dəfə nümayiş etdirilsə də, əfsus ki bu iş davamlı aparılmyıb. Amma əslində kütləvi informasiya vasitələri reklamların sosial xarakterli olmasını və ekoloji maarifləndirmə məqsədi daşıdığını nəzərə alaraq özləri onların ictimaiyyətə çatdırılmasında bizə yardımçı olmalıdır. Belə ki, bu iş həm də televiziya kanallarının üzərinə düşür. Yaxşı olardı ki, yüksək reytinqli verilişlər zamanı əsasən sosial xarakterli ekoloji çarxlar nümayiş etdirilsin”.  
İ.İbrahimova televiziyalara sosial reklamların pullu verilməsi fikri ilə razılaşmayıb.
“Əgər bu sosial reklamdırsa, bunun üçün niyə vəsait ödənilməlidir? Bu sosial reklamdır, əhali arasında təbliğat aparılmalıdır. Həm reklam çəkdirirsən, üstəlik onun qiymətindən qat-qat artıq da reklama verirsən ki, telekanallarda yayımlansın. Onların hamısına pul çatdırmaq olar?!” . 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, onlar istehlakçıların hüquqlarının qorunması ilə bağlı videoçarxları televiziyalara veriblər və onlar tərəfindən bu normal qarşılanıb, hər zaman da yayımlanıb. “Bununla bağlı hər hansı problemlər yaşanmayıb”.  

Aytən Əliyeva
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi