İyun ayında müəllimlərin yerdəyişməsi ilə bağlı prosesə başlanılacaq.
Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bu gün keçirilən onlayn brifinqdə məlumat verib:
“Şəhid ailələrin üzvlərinə üstünlünk veriləndən sonra digər kateqoriyada olan namizədlər iştirak edə biləcəklər. Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi MİQ vasitəsilə həyata keçiriləcək. Digər bölgələrdə yerdəyişmə açıq şəkildə olacaq".