Təlimlərə dövlət qurumlarının və iri müəssisələrin əməkdaşları cəlb olunacaq.
Qarabağdakı separatçı-terrorçu rejim mülki sakinləri hərbi təlimlərə cəlb etməyə hazırlaşırlar.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hərbi təlimlər “atəş hazırlığı dərsləri” adı ilə həyata keçirləck.
Belə bir təşəbbüs Qarabağ separatçılarının “təhlükəsizlik şurasının katibi” – Xocalı qatili Vitali Balasanyana məxsusdur.
Məlumata görə, təlimlər 2022-ci ilin fevral-may aylarında keçiriləcək. Atıcılıq dərsləri mülki ermənilərin hərbi bilik və bacarıqlarının artırılması məqsədi daşıyacaq. Onlar separatçılara məxsusu hərbi bazada təlim keçəcəklər.