Modern.az

Ermənistanda koronavirusa yoluxanların sayı artıb

Ermənistanda koronavirusa yoluxanların sayı artıb

Aktual

16 Fevral 2022, 11:05

Ermənistanda son sutkada daha 1 774 nəfərdə COVID-19 aşkarlanıb.

 

Modern.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 410 155-ə çatıb.

 

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 28 nəfər artaraq 8 229-a yüksəlib.

 

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 581 nəfərdir. İndiyədək 381 700 pasiyent infeksiyadan sağalıb.

 

Hazırda ölkədə 18 645 aktiv koronavirus xəstəsi var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi