Modern.az

YAP-çı gənclər əsgər ölümü ilə bağlı aksiyaya niyə qoşulmadıqlarına izah verdi

YAP-çı gənclər əsgər ölümü ilə bağlı aksiyaya niyə qoşulmadıqlarına izah verdi

Təhsil

14 Yanvar 2013, 12:04

“Biz Azərbaycan ordusunda olan əsgər ölümünə müsbət reaksiya vermirik. Biz öz əsgərimizin şəhid olmasını və hər hansı bir səbəbdən dünyasını dəyişməsini əlbəttə ki, istəmirik”.
Bunu Modern.az-a açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov yanvar ayının 12-də əsgər ölümləri ilə bağlı etiraz aksiyasına bu təşkilatın qoşulmaması məsələsinə münasibət bildirərkən deyib.

Seymur Orucov qeyd edib ki, bu hadisədən kimlərsə siyasi mənfəətləri üçün yararlanır. “Amma bu məsələ bağlı hər hansı təşkilat və birlik siyasi təxribat dalınca gedirsə, biz buna dəstək vermirik və bunun qəti əleyhdarıyıq. Mərhumun valideyni də deyib ki, kimlərsə oğlumun ölümündən siyasi məqsədlər üçün istifadə etməsin. Ancaq dağıdıcı, radikal qüvvələr bu hadisədən öz maraqları üçün yararlanırlar. Biz heç vaxt belə işlərə qoşulmamışıq və bizim partiya ideologiyasında belə bir şey ola bilməz. Bu məsələnin obyektiv araşdırılması üçün baş prokuror ölən əsgərin anasını qəbul edib. Müdafiə Nazirliyinin müvafiq əmrləri var. Aidiyyatı orqanlar araşdırma aparır. Nəticə yekunlaşmamış siyasi şüarlar səsləndirmək düzgün deyil”.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi