Bakıda güclü yanğın hadisəsi olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli (mərtəbələrarası örtük, arakəsmə divarlar və dam örtüyü taxta konstruksiyalardan ibarət) yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan üçotaqlı mənzildə bacanın ətrafı (tavan) 15 kv.m sahədə, 3-cü mərtəbəsində digər vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan üçotaqlı mənzilin döşəməsi 8 kv.m və arakəsmə divarı 2 kv.m sahədə (ümumi 25 kv.m) yanıb.
Yanğın zamanı 20 nəfər bina sakini, o cümlədən, yataq xəstəsi olan 1 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Mənzillərin qalan hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub. Yanğın saat 08:25-də yanğınsöndürənlər tərəfindən söndürülübdür.
Modern.az