Modern.az

Nazarbayevin qızı deputat mandatından məhrum edilə bilər

Nazarbayevin qızı deputat mandatından məhrum edilə bilər

Dünya

16 Fevral 2022, 14:22

Hakim “Nur Otan” partiyası Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayevanın deputat mandatından məhrum edilməsi məsələsini qaldıra bilər.

 

Modern.az xəbər verir ki, bu barədə “Nur Otan” partiyasından seçilən deputat Aydos Sarım bildirib.

 

O, Dariqa Nazarbayevanı Qazaxıstan parlamentindəki mandatdan məhrum edilməklə hədələyib və qeyd edib ki, müvafiq məsələ Maclisin (parlamentin aşağım palatası) “Nur Otan” fraksiyasının iclasında qaldırıla bilər.

 

“Heç olmasa o işə gəlsin, fraksiyanın iclasında iştirak etsin, sonra məsələ müzakirə olunacaq”, - deputat çıxışına aydınlıq gətirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama