Modern.az

Nəcməddin Sadıkov qəzaya düşdü - RƏSMİ

Nəcməddin Sadıkov qəzaya düşdü - RƏSMİ

16 Fevral 2022, 15:00

Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıkov qəzaya düşüb.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli Modern.az-a bildirib ki, “Toyota Land Cruiser “ markalı, 90 AS 020 seriyalı avtomobili idarə edən vətəndaş Sadıkov Nəcməddin Hüseyn oğlu barəsində yol-nəqliyyat hadisəsinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən protokol tərtib olunub.

 

DİN rəsmisinin sözlərinə görə, yol nəqliyyat hadisəsi sənədləşdirilib:

 

"Qanunvericiliyin tələblərinə uyğun olaraq, hadisə sənədləşdirilib. Digər nəqliyyat vasitəsinə dəymiş ziyan qarşılanıb. Nəcməddin Sadıkov barəsində tərtib olunmuş cəriməni ödəyib".

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?