Modern.az

TƏBİB-ə təyinat alan Zamirə Adilova: “Bütün təklif və iradlara açığam”

TƏBİB-ə təyinat alan Zamirə Adilova: “Bütün təklif və iradlara açığam”

16 Fevral 2022, 16:08

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndə (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdir təyin olunmuş Zamirə Adilova açıqlama verib.

Modern.az-ın məlumatına görə, Z.Adilova deyib ki, işsiz qaldığı 7 aylıq fasilə karyerası və şəxsi inkişafı üçün səmərəli olub. O, bu müddətdə xeyli iş təklifləri aldığını qeyd edərək, sonra TƏBİB-in ona göstərdiyi etimada müsbət cavab verib.

 

“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in idarəedici şəxslərinin etimadını doğrultmaq üçün də əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam!”.

Z.Adilova TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsində Elnarə Baxış və Kənan Kərimovla birlikdə mətbuatın suallarına cavab verəcəklərini qeyd edib:

“Əmin ola bilərsiniz ki, ictimaiyyətin hər bir fərdindən ünvanlanan müraciətlərə bundan sonra da xüsusi həssaslıq və məsuliyyətlə yanaşacaq, təmsil olunduğumuz qurumun vəzifə öhdəliklərinə və səlahiyyətlərinə aid işlərin uğurla icra olunmasına biz də öz töhfəmizi verəcəyik. Siz də təsdiqləyərsiniz ki, bundan əvvəl də mənim hörmətli məsləkdaşlarım ictimaiyyətlə əlaqələr işini uğurla təşkil ediblər.

Mənə gəlincə isə, bütün dünyada olduğu kimi, ölkəmizdə də sosial-ictimai həyatın lokomativi rolunu oynayan, insan həyatının rahatlaşdırılmasına xidmət edən telekommunikasiya, nəqliyyat və təhsil kimi böyük sahələrdən sonra birbaşa insanın özünə (sağlamlığına, var oluşuna) xitab edən səhiyyə sahəsində çalışmaqdan məmnunam və bu işin məsuliyyətini dərk edirəm. Bu kontekstdə müraciətim çox hörmətli jurnalist həmkarlarıma ünvanlanacaq. Şəxsim adına, fəaliyyətimə dair bütün təklif, irad və müraciətlərinizə açığam. İndiyə qədər göstərdiyiniz xoş münasibət, anlayış və dəstək üçün isə hər birinizə xüsusi olaraq səmimi təşəkkürümü bildirirəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu