Modern.az

Köçəryan Sarkisyanla münasibətlərinin pis olduğunu ETİRAF ETDİ

Köçəryan Sarkisyanla münasibətlərinin pis olduğunu ETİRAF ETDİ

Dünya

17 Fevral 2022, 13:58

Ermənistanın ikinci prezidenti Robert Köçəryan bu yaxınlarda üçüncü prezident Serj Sarkisyan, eləcə də qondarma “Dağlıq Qarabağ”ın iki keçmiş “lideri” ilə görüşüb.

Modern.az xəbər verir ki, bu barədə cümə axşamı mətbuat konfransı zamanı Köçəryanın özü danışıb.
 

Onun sözlərinə görə, keçmiş liderlər bir neçə saat Qarabağ münaqişəsini müzakirə ediblər. Eyni zamanda o izah edib ki, heç bir şəxsi məsələ qaldırılmayıb, söhbət yalnız nizamlanma perspektivindən gedib.
 

Eks-prezident qeyd edib ki, hər iki müxalifət fraksiyaları - “Hayastan” və “Mənim şərəfim var” parlament platformasında fəal əməkdaşlıq edir. Köçəryan əlavə edib ki, bəzi məsələlərdə fərqli mövqelərə baxmayaraq, ümumilikdə onlar ümumi yanaşma və həll yolları hazırlamağa nail olurlar.
 

Eks-prezident hesab edir ki, müxalifət qüvvələri öz aralarında danışıqlar aparmağı bacarmalıdır.


"Bizim ziddiyyətlərimizə və ola bilsin ki, keçmişdə yığılmış problemlərə baxmayaraq, vacib məsələlərdə razılığa gəlməliyik”.
 

Köçəryan etiraf edib ki, o, Sarkisyanla tez-tez əlaqə saxlamır və fəal, xüsusi təmasları yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal