Modern.az

“Ayın 20-də müharibə başlayacaq” iddiasına Lavrovdan CAVAB

“Ayın 20-də müharibə başlayacaq” iddiasına Lavrovdan CAVAB

17 Fevral 2022, 14:04

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 20-də Ukraynaya qarşı hərbi əməliyyatın başlanacağı barədə iddialara aydınlıq gətirib.

 

Modern.az xəbər verir ki, XİN başçısı mövzu ilə bağlı ona ünvanlanan suala cavab olaraq, bunun Rusiyadan asılı olmadığını deyib.

 

“Bunu mən deyə bilmərəm, biz təşkil etmirik”,- Lavrov Rusiyanın hücuma hazırlaşmadığını diqqətə çatdırıb.

 

Qeyd edək ki, Qərb ölkələri Rusiyanın fevralın 20-də Ukraynaya hücum edəcəyi barədə təzadlı məlumatlar yayıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal