Modern.az

Luqanskda uşaq bağçası vurulub - İDDİA

Luqanskda uşaq bağçası vurulub - İDDİA

17 Fevral 2022, 14:08

Rusiya-Ukrayna gərginliyi bütün dünyanı narahat edir.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın Luqansk vilayətində bir kəndin top atəşinə məruz qaldığı, habelə uşaq bağçasının vurulduğu iddia edilir.

 

Məlumata görə, hücum bölgədə Rusiyanın dəstəklədiyi artilleriya bölmələri tərəfindən həyata keçirilib. Səlahiyyətlilər ölən və ya yaralananların olub-olmadığını müəyyən etməyə çalışır.

 

Qeyd edək ki, xarici mətbuatda yer alan xəbərlə bağlı rəsmi açıqlama verilməyib.

 

Turqay Musayev

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal