Modern.az

Qusarda dəm qazından ölənlərin ADLARI

Qusarda dəm qazından ölənlərin ADLARI

17 Fevral 2022, 16:52

Qusarda dəm qazından boğularaq ölən ailə üzvlərinin adları açıqlanıb.

 

Qusar rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri İlham Xəlilov Modern.az-a bildirib ki, dəm qazından boğularaq ölənlər Qusar şəhər sakinləri - 1987-ci il təvəllüdlü Şıxov Rusif Şıxəli oğlu, 1993-cü il təvəllüdlü Şıxova Əminə Məhsim qızı və onların övladları 2012-ci il təvəllüdlü Osman, 2017-ci il təvəllüdlü İmarə, 2013-cü il təvəllüdlü Sumeyandır.

 

Onun sözlərinə görə, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?