Rusiya Xarici İşlər Nazirliyi təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-ın təkliflərinə cavab verib.
Modern.az xəbər verir ki, XİN saytında 11 səhifəlik sənədi dərc edib.
Yazılı cavab ABŞ-ın Rusiyadakı səfiri Con Sullivana təqdim olunub.
Sənəddə qeyd edilir ki, ABŞ Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı hazırladığı müqavilə layihəsinin əsas tələblərinə konstruktiv cavab verməyib.
Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı Rusiya tərəfi bəyan edib ki, Kiyev NATO-ya qəbul olunarsa, ABŞ və müttəfiqlərini Rusiya ilə silahlı münaqişəyə cəlb edərək Krımı güc yolu ilə geri qaytarmağa cəhd edə bilər.
Sənəddə o da qeyd olunub ki, Moskva Mərkəzi-Şərqi və Cənub-Şərqi Avropa və Baltikyanı ölkələrdə yerləşdirilən bütün ABŞ silahlı qüvvələrinin və silahlarının çıxarılmasında israrlıdır.
Akif İsmayılov