“Biz qazax dilini qoruyub saxlayacağıq. Başqa cür ola bilməz. Çünki tarixin ən çətin anlarında dilimiz müdrik əcdadlarımızın, xalqımızın sayəsində qorunub saxlanıb”.
Modern.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
Onun sözlərinə görə, ölkədə dil islahatı aparılmalıdır:
“Latın əlifbasına keçid məsələsində tələsmək lazım deyil. Buna ciddi yanaşmaq lazımdır. Dil siyasəti çox həssas mövzudur. Xalqımız çox ciddi sınaqlardan keçib və bütün çətinliklərə qalib gəlib”.