Polşa Rusiya ilə sərhədə hasar tikməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Voytsex Skurkeviç məlumat verib.
“Hazırda sərhəddə hasar çəkmirik, sadəcə olaraq planlaşdırırıq”, – deyə Skurkeviç bildirib.
Qeyd edək ki, Polşa Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəddir. 2 ölkə arasında quru sərhədinin uzunluğu 203,3 kilometrdir.