Modern.az

İrandan Kiyev və Moskvaya TƏKLİF

İrandan Kiyev və Moskvaya TƏKLİF

Dünya

18 Fevral 2022, 00:19

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

 

Tərəflər Moskva və Kiyev arasındakı gərginliklə bağlı son hadisələri müzakirə ediblər.

 

İranlı nazir hazırkı problemin üçüncü ölkələrin müdaxiləsi olmadan dialoq və diplomatik kanallarla həll olunacağına ümid etdiyini bildirib.

 

Abdullahian deyib ki, İran iki ölkə arasında problemin sülh yolu ilə həllinə hər cür töhfə verməyə hazırdır.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal