Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti İsrailin Rəyasət Heyətinin və Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşüb.
Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İsrail səfəri çərçivəsində Türkiyə nümayəndə heyəti İsrailin xarici işlər naziri Alon Uşpiz, İsrail Prezident Aparatının baş direktoru Eyal Şviki və bu qurumların yüksək vəzifəli şəxsləri ilə görüşüb.
Görüşlər zamanı bildirilib ki, İsrail Prezidenti İsaak Hersoqun Türkiyə səfərinə hazırlıqları, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Qeyd edilib ki, İsrail Prezidenti iki ölkə rəsmiləri arasında keçirilən görüşə qısa müddətli qatılaraq Türkiyə nümayəndə heyətini salamlayıb.