Həkimlərin böyük əksəriyyəti qeysəriyyə kəsiyi ilə uşaq dünyaya gətirməyi tövsiyə etməsələr də, Azərbaycanda ana olmağa hazırlaşan bir çox qadınlar bunu ciddiyə almaq istəmirlər. Xüsusilə də gənc xanımlar.
Təbii ki, səhhətindəki problemlər üzündən qeysəriyyə əməliyyatı keçirmək məcburiyyətində qalan qadınlar da az deyil.
Qeysəriyyə əməliyyatı ilə bağlı xidməti təklif edən klinikalarda isə qiymətlər kifayət qədər bahadır.
Modern.az saytı qeysəriyyə əməliyyatının qiymətlərini araşdırıb. Buyurub tanış ola bilərsiniz:
Leyla Şıxlinskaya Klinikası:
Tək uşaqların qeysəriyyə ilə cərrahi doğumu 2000-3000 manat aralığındadır.
Əkiz uşaqların qeysəriyyə ilə cərrahi doğumu 6000 manatdır.
Üçəmlərin qeysəriyyə ilə doğumu isə 10.000 manata qədərdir.
Bakı Medical Plaza (mərkəz filialı):
Qeysəriyyə ilə cərrahi doğumun (VIP paket daxil olmaqla) qiyməti 1800 manatdır.
Abşeron rayon mərkəzi Xəstəxanası:
Qeysəriyyə ilə cərrahi doğumun qiyməti 700-800 manat aralığındadır. Ancaq ötən ay bu qiymət 600-700 aralığında olub.
Mərkəzi Neftçilər Xəstəxanası:
Qeysəriyyə ilə doğuşun qiyməti 1036 manatdır.
Mərkəzi Gömrük Hospitalı:
Normal doğumun qiyməti 1062 manatdır.
Qeysəriyyə ilə cərrahi doğumun qiyməti 2196 manatdır.