Modern.az

Manaf Ağayev HƏBS OLUNDU - FOTO

Manaf Ağayev HƏBS OLUNDU - FOTO

18 Fevral 2022, 13:29

Müğənni Manaf Ağayev və dostu Sənan Hüseynov müvafiq icazələri olmadan işğaldan azad edilmiş ərazilərə səfər etdiklərinə görə cəzalandırılıblar.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

 

DİN rəsmisinin sözlərinə görə, onlar barəsində protokollar tərtib edilib:

 

"Protokollar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub".

 

Xatırladaq ki, müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfərini əks etdirən görüntülər yayılıb. Sosial şəbəkələrdə yayılan fotolarda müğənni və dostunun işğaldan azad olunmuş yerlərə qanunsuz səfəri müzakirə obyektinə çevrilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?